İtaliya “Yuventus”unun qapısına qollardan birini vuran İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının yeni rekordunu müəyyənləşdirib. Lent. az-ın məlumatına görə, portuqaliyalı hücumçu 2013-cü təqvim ilində bu turnirdə 14 qol vurub.
Əvvəlki nailiyyət İspaniya “Barselona”sının hücumçusu Lionel Messiyə (13 qol) məxsus olub. Eyni zamanda, Ronaldu İtaliya “Milan”ının sabiq forvardı Filippo İnzagiyə məxsus rekordu təkrarlayıb. İnzagi də qrup mərhələsinin ilk 4 turunda 8 dəfə fərqlənib.
Digər tərəfdən, “Real Madrid”in hücumçusunun İtaliya “Yuventus”u ilə qarşılaşmada vurduğu qol Çempionlar Liqasında 59-cu olub. Bu göstəricidə Ronaldu ukraynalı, sabiq hücumçu Andrey Şevçenko ilə bərabərləşib.
Qeyd edək ki, “Yuventus” - “Real Madrid” matçında qalib müəyyənləşməyib – 2:2.