Sentyabrın 24-də səhər saatlarından başlayaraq, Bakı küçələrində maşınların hərəkətindəki tıxaclar aktyor Rafael İsgəndərovun da əsəblərini tarıma çəkib. Lent.az-ın məlumatına görə, “Bu şəhərdə” Rafael sükan arxasında ikən sürücü həmkarlarından birini acılamağı da özünə rəva görüb.
Sürücülərdən biri Nəcəfqulu Rəfiyev küçəsini öz “Jeep”i ilə kəsib keçmək istəyən İsgəndərov üçün dəhliz açmaqda çətinlik çəkib. Buna həmin küçədəki sıxlıq səbəb olub. Bu zaman tanınmış aktyor “Yol ver də!” deyə qışqıraraq, sürücü həmkarını borclu çıxarıb. Hamı yumor ustasından nəzakət gözlədiyi halda, Rafaelin kobud davranışını gözlənilməz qarşılayıb. Aktyor sanki elə belə də olmalıymış kimi avtomobilinin qazını basaraq, uzaqlaşıb.