Qubada iki maşın toqquşub, bir nəfər ölüb
16 noyabr 2014 22:26 (UTC +04:00)

Qubada iki maşın toqquşub, bir nəfər ölüb

0

Quba şəhərində “ZİL” markalı yük avtomobili ilə "NİVA" markalı minik maşını toqquşub, bir nəfər ölüb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, şəxsiyyəti məlum olmayan bir nəfər "NİVA"da dünyasını dəyişib.

 

Onun meyiti avtomobildən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 700

Oxşar yazılar