Qızıl mədəninə kimyəvi maddə aparan "KaMaZ"  aşıb
07 iyul 2014 21:04 (UTC +04:00)

Qızıl mədəninə kimyəvi maddə aparan "KaMaZ" aşıb

0
Şəmkir-Gədəbəy yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün, saat 16 radələrində yolun "Yasamal aşırı"mı adlanan hissəsində baş verib.

 

Gədəbəydə qızıl mədəninə kimyəvi maddə aparan KAMAZ markalı yük avtomobil yoldan çıxaraq aşıb. Xəsarət alan olmasa da, kimyəvi maddənin təsirindən avtomobilin yanma təhlükəsi yaranıb.

 

Hadisə yerinə Şəmkir Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və bir neçə su ilə dolu avtomobil cəlb edilib.

 

Şəmkir rayon Polis Şöbəsində hadisənin baş vermə səbəbləri araşdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1088

Oxşar yazılar