Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, məhkum Oqtay Qabil oğlu Zəkiyevə nişanlısı Şöhlə Saleh qızı Həsənlinin gətirdiyi sovqata baxış keçirilib. Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində sovqatın içərisində olan üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və ona məxsus 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
O.Zəkiyev CM-nin 317-2.1; 120.2.1; 120.2.4 və 120.2.5 maddələrinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.