Qəsdən 2 evi yandıran şəxs tutuldu
10 noyabr 2014 15:52 (UTC +04:00)

Qəsdən 2 evi yandıran şəxs tutuldu

0

Noyabrın 8-də qəsddən 2 evi yandıran şəxs tutulub. Lent.az-n Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə Xəzər bağlar sahəsində baş verib. Sumqayıt şəhər sakini Sirac İdrisova və Mahmud Rəhimliyə məxsus evlər qəsdən yandırılıb.

 

Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Rəşad Məmmədov saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 641

Oxşar yazılar