Millət vəkili Qənirə Paşayevaya Şimali Kipr Türk Cümhuriyyətinin mükafatı təqdim edilib. Lent.az-a verilən məlumata görə, mükafatı millət vəkili, sabiq Kənd Təsərrüfatı və Təbii Sərvətlər naziri Zorlu Töre təqdim edib. Zorlu bəy bildirib ki, Qənirə xanım hər zaman Şimali Kipr Türk Cümhuriyyətinin yanında olub, ŞKTC və Şimali Kipr türklərinin ilə bağlı çox sayda məqalələr və 2 kitab yazıb.
“Mən inanıram ki, Azərbaycanın, Türk millətinin vətəninin bir parçası olan Qarabağ işğaldan azad ediləcək və bu istiqamətdə dünyanın hər yerində yaşayan türk kökənli insanlar Azərbaycanın yanında olmalı və öz dəstəyini əsirgəməməlidir. Qarabağ problemi təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – Z. Töre sonda deyib.