Qənirə Paşayeva özbək jurnalistlərə Qarabağ münaqişəsindən danışıb
07 iyul 2018 13:05 (UTC +04:00)

Qənirə Paşayeva özbək jurnalistlərə Qarabağ münaqişəsindən danışıb

 


Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Özbəkistandan olan tanınmış KİV nümayəndələri millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ilə görüşüblər.

Lent.az-ın verdiyi xəbərə görə,  qardaş ölkənin mətbuat və media rəhbərlərini və təmsilçilərini ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirən Qənirə Paşayeva qeyd edib ki, Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır: “Siz düşünməyin ki, hansısa başqa bir ölkəyə gəlmisiniz. Siz qardaş ölkədəsiniz.  Özbəkistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri çox zəruridir. Bu istiqamətdə gözəl layihələr həyata keçirən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edirəm. Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var və bu istiqamətdə jurnalistlərin üzərinə böyük missiya düşür. Bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, çünki bu bizim gələcəyimiz üçün çox lazımdır".

Azərbaycan, onun tarixi, mədəniyyəti, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, 100 illiyini qeyd etdiyimiz və bütün müsəlman şərqində qurulan ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin iqtisadi və turizm potensialı, qadınlarımızın cəmiyyətin həyatında rolunun daha da genişlənməsi, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva bildirib ki, Qarabağ həqiqətlərinin daha geniş yayılmasında qardaş Özbəkistanın KİV-nin dəstəyinə ehtiyac var və hər zaman Azərbaycanla bağlı yazılar yazdıqlarına, televiziya proqramları hazırladıqlarına görə onlara təşəkkür edib və onların daha da çoxalacağına inandığını deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Oxşar yazılar