Qazaxda xəstə əməliyyatdan sonra öldü
02 iyul 2018 21:38 (UTC +04:00)

Qazaxda xəstə əməliyyatdan sonra öldü

Qazax Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib.

 

APA-nın qərb bürosunun məlumatına görə, bu gün Ağstafa rayon Poylu kənd sakini, 1947-ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlu sağ ayağından əməliyyat olunub.

 

Əməliyyatdan sonra xəstə narkozdan ayılmayıb və dünyasını dəyişib. R.Mustafayev  iyunun 30-da Ağstafa şəhərində özünə məxsus avtomobildən düşən zaman VAZ markalı avtomobil onu vuraraq sağ ayağını sındırıb.

 

Qeyd edək ki, iyunun 29-da M.Mustafayevin qohumu, Ağstafa rayonu, Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313
avatar

Oxşar yazılar