Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı məntəqədən 5 km aralıda nəzarətsiz ərazidə) 1 nəfər azyaşlının qayıqdan suya düşməsi barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və azyaşlını sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 12:30-da başa çatıb.
Qayıqdan Kür çayına düşən uşaq xilas edildi
273