Qayınatanın ətçəkənlə vurduğu kürəkənin başına tikiş qoyulub
Goranboyda baş verən davanın təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Goranboy rayonu Xanqərvənd kənd sakinləri olan qayınata ilə kürəkən arasında meydana gələn əlbəyaxa dava şəxsi münaqişələr səbəbilə yaranıb. Belə ki, mübahisə zamanı qayınata Şahin Rüstəmov ətçəkən maşınla kürəkəni 1986-cı il təvəllüdlü Quliyev İsmayıl Heydər oğlunun gicgahına zərbə vurub. Kürəkənin başına tikiş qoyulub. Hər iki şəxsin polis şöbəsində ifadəsi alınıb.
Hazırda faktla təhqiqat prosesi davam edir.
Goranboy Rayon Mərkəzi Xəstəxanasından Lent.az-a Quliyev İsmayılın kompüter-tomoqrafiya müayinəsinə göndərildiyi, qayınatanın isə ciddi olmayan kiçik sıyrıqlar aldığı bildirilib.
saat: 08:31
Goranboyun Xanqərvənd kəndində ağır xəsarət yetirməklə döyülmə faktı qeydə alınıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, kənd sakinləri olan qayınata və kürəkən arasında mübahisə zəminində əlbəyaxa dava düşüb.
Nəticədə biri yüngül olmaqla hər iki şəxs xəsarət alıb. Ailənin 1986-cı i il təvəllüdlü kürəkəni Quliyev İsmayıl Heydər oğlunun xəsarəti daha ağır olub.
O, qapalı kəllə-beyin travması alıb, eyni zamanda sağ gicgah nayihəsindən ciddi xəsarət aldığı müəyyən edilib. Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, digər münaqişə iştirakçısı olan qayınata da tibbi müayinədən keçirilib, lakin onda sıyrıqlar istisna olmaqla, hər hansı ciddi xəsarət aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
1006