Qayınanası ilə dalaşan gəlin özünü yandırdı <span style="color:red;">- TƏFƏRRÜAT
11 may 2014 11:17 (UTC +04:00)

Qayınanası ilə dalaşan gəlin özünü yandırdı - TƏFƏRRÜAT

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qağaclı kəndində 1977-ci il təvəllüdlü Nəsirova Sevil Möhübbət qızı özünü yaşadığı evin həyətində yandırıb. Qadın ailə üzvlərinin gözü qarşısında üstünə benzin tökərək özünə od vurub. Ağır vəziyyətdə Kürdəmir şəhər Mərkəzi Xəstəxanasına gətirilən 37 yaşlı kənd sakini daha sonra təcili tibbi yardım avtomobili ilə Bakıya göndərilib. Bakıda 5 saylı şəhər xəstəxanasına yerləşdirilən S.Nəsirovanın vəziyyəti ağır qiymətləndirilir.

 

Bildirilir ki, hadisə ailə-məişət münaqişəsi mzəmində baş verib. S.Nəsirova qayınanası ilə uzun müddət imiş ki, problem yaşayırmış. Dünən növbəti dəfə onlar mübahisə ediblər və bundan sonra Sevil Nəsirova əsəbi halda özünü yandırıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5590
avatar

Nizam Rza

Oxşar yazılar