Qatar vuran sərxoş gənc sağ qolunu və 4 barmağını itirdi
02 iyul 2014 18:01 (UTC +04:00)

Qatar vuran sərxoş gənc sağ qolunu və 4 barmağını itirdi

0

 

Tovuz rayonunun Qovlar şəhərində 29 yaşlı gənci qatar vurub.


 

Tovuz rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1985-ci il şəhər sakini təvəllüdlü Babək Hüseynovu sərxoş vəziyyətdə dəmir yolu xəttini keçərkən qatar vurub.

 

Ağır bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağ qolunu və sol əlindən 4 barmağını amputasiya ediblər. Hazırda Tovuz Mərkəzi Rayon Xəstəxanasında müalicə alan zərərçəkənin səhhətini həkimlər kafi qiymətləndirir. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 991

Oxşar yazılar