Avqustun 10-da saat 03.00 radələrində 3 naməlum şəxs oğurluq məqsədi ilə Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yaşayan Ramiz Dəmirçiyevin həyətinə hasardan daxil olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu zaman ev sahibinin qardaşı Rəfail onlardan biri - Bakı şəhər sakini Alim Quliyevi tutarkən onu bıçaqlayıb. Oğurluğa gəlmiş A.Quliyev bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış digər 2 nəfər - Bakı şəhər sakinləri Mahir İsmayılov və Kənan Əsgərov da tutulub.
Araşdırmalar aparılır.