Qaradağda mal-qara oğrusu saxlanılıb
24 noyabr 2014 23:40 (UTC +04:00)

Qaradağda mal-qara oğrusu saxlanılıb

0

Qaradağ rayonunda mal-qara oğurlamağa cəhd göstərən şəxs saxlanılıb.

 

Lent.az-ın məlumatına görə, hadisə rayonun Səngəcal qəsəbəsində yerləşən otlaq sahəsində qeydə alınıb. Belə ki, Vüqar Bayramov ərazidə yerləşən otlaq sahəsindən, ümumi dəyəri 4400 manat olan 4 iri buynuzlu mal-qaranı oğurlamaq istəyib. Otlağın sahibləri, Doluxan Ziyadov, Mirhüseyn Ziyadov və Xəqani Bayramov ona mane olduqlarından o öz əməlini həyata keçirə bilməyib. Otlaq sahibləri bu barədə dərhal polisə məlumat veriblər.

 

Əraziyə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. V.Bayramov saxlanılaraq polis idarəsinə gətirilib. İlkin dindirilmə zamanı o əməlini etiraf edib və buna görə, peşman olduğunu bildirib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Fərahim Qasımov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 621

Oxşar yazılar