Qaraçuxurda sərxoş sürücü qəza törətdi: 3 yaralı
11 noyabr 2014 07:54 (UTC +04:00)

Qaraçuxurda sərxoş sürücü qəza törətdi: 3 yaralı

0

APA-nın məlumatımna görə, hadisə  qəsəbənin  Etibar  Bəkirli  küçəsində  qeydə  alınıb. Şamxal Hüseynovun  idarə etdiyi “VAZ-2104” markalı  avtomobil , qarşıdan gələn Orxan Babayevin idarə etdiyi “VAZ-2107” ilə toqquşub. Nəticədə "04" də olan sürücü və sərnişini, o cümlədən "07"-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Qəzanın baş verdiyi əraziyə  Suraxanı Rayon  Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası gəlib. Yaralılara hadisə yerində ilkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıblar. Yararsız hala düşmüş avtomobillər isə, evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. İlkin ehtimallara görə, qəzanın baş verməsinə səbəb "VAZ 2104"-ün sürücüsünün avtomobili içkili vəziyyətdə idarə etməsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1213

Oxşar yazılar