Lənkəranda bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 2 yaşlı uşaq xilas edilib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində bina 6, mənzil 6 ünvanında qeydə alınıb.
Məsələ ilə bağlı sakinlər tərəfindən aidiyyəti üzrə məlumat verildikdən sonra hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri gəlib. Əməliyyat şəraiti qiymətləndirildikdən sonra məlum olub ki, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 2016-cı il təvəllüdlü Miray Vüqar qızı Hacızadədir.
Xilasedicilər nərdivandan istifadə etməklə pəncərədən mənzilə daxil olub, qapını açaraq M. Hacızadəni valideynlərinə təhvil veriblər.