"Qanuni oğru"nu güllələdilər
30 oktyabr 2014 11:59 (UTC +04:00)

"Qanuni oğru"nu güllələdilər

0

Gürcüstan vətəndaşı olan kriminal avtoritet Mamuka Nebiradze Çelyabinskdəki mənzilinin yanında başından güllələnərək öldürülüb. Lent.az-ın məlumatına görə, bu barədə modern.az Rusiya KİV-nə istinadən xəbər yayıb. 48 yaşlı Mamuka quldurluq faktına, nəqliyyat vasitəsi qaçırdığına, şantaj və döyüş sursatı alverinə görə bir neçə dəfə həbsxanada yatıb. Onun qətlinin sifariş olduğu daha çox ehtimal olunur. Mənbə qeyd edib ki, Mamuka kriminal dairələrdə yaxşı tanınırdı və dəfələrlə mütəşəkkil cinayətkarlıqla mübarizə əməkdaşlarının maraq dairəsinə düşüb. O, sonuncu dəfə 2006-cı ildə oyun zalına basqına görə saxlanılıb.

 

Digər məlumata görə, qətlə yetirilən Çelyabinsk vilayətinə nəzarət edən “qanuni oğru” Raulun yaxın dostu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1999

Oxşar yazılar