Qalib idmançılarımız Vətənə qayıtdı
04 noyabr 2014 07:31 (UTC +04:00)

Qalib idmançılarımız Vətənə qayıtdı

0

İtaliyanın Toskana şəhərində baş tutan kikboksinqin WKA versiyası üzrə dünya çempionatında iştirak edən idmançılarımız  vətənə qayıdıb.  APA TV-nin məlumatına görə, idmançılarımızı Heydər Əliyev adına Hava Limanında yaxınları və idmançı dostları qarşılayıblar.  72 ölkənin 8700 idmançısının iştirak etdiyi yarışlarda ölkəmizi  3 federasiya təmsil edib.

 

Yarışda iştirak edən idmançımız Eduard Məmmədov kikboksinq üzrə 20-ci dəfə dünya çempionu adına layiq görülüb. O, braziliyalı, ispan və finalda isə ukraynalı rəqiblərinə qalib gələrək növbəti çempionluğunu əldə edib.

 

Qarşılama mərasimində iştirak edənlər sonda qalib idmançılarımızla xatirə şəkli çəkdiriblər. Daha sonra müxtəlif şüarlar səsləndirərək onları evlərinə yola salıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2075

Oxşar yazılar