Şirvan şəhər sakininin qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Şirvan şəhər sakini Tamilə Şirvanovanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı aşkara çıxıb. Bildirək ki, T.Şirvanova əvvəl məhkum həyatı yaşayıb.
Qeyd edək ki, faktla əlaqədar cinayət işi başlanıb.