Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakinləri yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 20-də şəhər sakini Sahibə Musayevanın evindən 9500 manat və 6000 ABŞ dolları, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerliləri Coşqun Musayev və İsmayıl Məmmədov tutulublar.
Araşdırma aparılır.