Həbsxanaya qanunsuz maddə keçirmənin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə 12 saylı cəzaçəkmə müəssisəsində baş verib. Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Emin Çingiz oğlu Cəfərlinin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Bakı sakini Tamilla Maqsudovna Ağayevanın və dayısı qızı Zaqatala sakini Elnarə Eldar qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman, vətəndaş E. İsmayılovanın alt paltarında gizlətdiyi kibrit qutusunun içərisindən xalis çəkisi 2,65 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.