Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları saxta diplom satan şəxsi müəyyən edib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, idarə tərəfindən əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, Gəncə şəhərində yaşayan Kəlbəcər rayon sakini Rasim Abbasov 2012-ci ildə ali təhsil haqqında diplom alacağına kömək edəcəyi adı ilə Yevlax rayon sakini İlqar Süleymanovdan 1600 manat pul alaraq onun qızı Gülnarın adına saxta diplom verib.
Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.