Prezident İlham Əliyevin Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşü olub.
Lent.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, Tyerri de Montbrial ümummilli lider Heydər Əliyev ilə Fransada və Azərbaycanda, Prezident İlham Əliyevlə Fransada keçirilən görüşləri məmnunluqla xatırlayıb.
Söhbət zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.