Pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam edib
07 iyun 2019 18:23 (UTC +04:00)

Pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam edib

Pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən şəxslərə qarşı milyonluq mülki iddia qaldırılıb
 
Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəyə qanunsuz pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən Şirzad Abdullayev və Faiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
 
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə "Abituriyent" jurnalının nümayəndəsi çıxış edərək bildirib ki, təqsirləndirilən şəxslərin cinayət əməlləri nəticəsində "Abituriyent" jurnalına milyonlarla manat zərər dəyib.
 
Nümayəndə təqsirləndirilən şəxslərin hər birinə qarşı 1 milyon manatlıq iddia qaldırıb.
 
Təqsirləndirilən şəxslərin vəkilləri mülki iddianın təmin edilməməsini istəyiblər.
 
Məhkəmə vəsatəti icraata qəbul edib.
 
Prosesin davamında zərərçəkmiş tərəfin nümayəndəsi təqsirləndirilən şəxslərin əmlaklarının üzərinə həbs qoyulması ilə bağlı vəsatət qaldırıb.
 
Məhkəmə bu vəsatəti təmin etməyib.Prosesdə ittiham aktı elan olunub. 
 
Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
 
Təqsirləndirilən şəxslər ifadə verməyiblər.
 
Proses iyunun 14-də davam etdiriləcək.
 
 
Qeyd edək ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə yaydığı məlumata əsasən, cinayət işi üzrə keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə etməklə orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda nəşr olunaraq həmin məhsulların Azərbaycanın gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilməsi və respublika ərazisində satışının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Şahmar Abdullayevə, Şirzad Abdullayevə, Faiq Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.
 
M.Aslanov, S.Dünyamalıyev, Ş.Abdullayev, F.Qocayev və X. Qocayevin cinayət işi ayrıca icraata ayrılıb, daha əvvəl Qaradağ Rayon Məhkəməsinə göndərilib.  
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599
avatar

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03