Bakıda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 19-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Vaqif Ağayev sərxoş vəziyyətdə mənzilinə qalxarkən pilləkəndən yıxılıb. Kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilmiş V.Ağayev sentyabrın 20-də orada ölüb.