Sankt Peterburqda aprelin 13-də baş vermiş partlayış nəticəsində yaralanan 17 yaşlı tələbə əldəqayırma partlayıcı qurğunu özü düzəldibmiş. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İstintaq Komitəsinin məlumatında bildirilir.
“Yeniyetmə Sankt Peterburqdakı ali təhsil müəssisələrindən birinin 1-ci kurs tələbəsidir. Kimya ilə çox maraqlanıb, belə ki, əldəqayırma partlayıcı qurğunu da özü düzəldibmiş”, - deyə məlumatda qeyd edilib.
Hazırda xəsarət almış şəxs xəstəxanada stabil ağır vəziyyətdədir. Həkimlərlə razılaşdırıldıqdan sonra onunla istintaq tədbirləri keçiriləcək.