BMT baş katibi Pan Ki Mun cəbhə xəttində baş vermiş son hadisədən sonra Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Fərhan Hak bildirib.
Onu sözlərinə görə, baş katib ATƏT-in Minsk qrupu həmsədrlərinin ifadə etdiyi narahatlığa şərik olduğunu bildirib.
Açıqlamada tərəflərin atəşkəslə bağlı sazişə riayət olunmasının vacibliyi vurğulanıb, vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırış edilib.