Oyuncaq oğruları tutuldu
21 noyabr 2014 11:51 (UTC +04:00)

Oyuncaq oğruları tutuldu

0

Bakıda oğurluqla məşğul olan iki nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 16-da Bakı şəhər sakini Roman Benaşviliyə məxsus Ə.Əzimzadə küçəsində yerləşən mağazadan, açıq nəfəslikdən keçməklə 100 manat və uşaq oyuncaqlarını talamaqda şübhəli bilinən 2 nəfər müəyyən edilib. Bakı şəhər sakinləri, əvvələr məhkum olunmuş, 1997-ci il təvəllüdlü Hüseyn Məlikov və 1999-cu il təvəllüdlü Hüseyn İsmayılov tutularaq istintaqa təhvil verilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar