Ötən il respublikada baş verən yol qəzalarında 398 piyada ölüb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən il respublikada piyadaların vurulması ilə nəticələnən 1097 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalarda 398 nəfər ölüb, 784 nəfər yaralanıb.
Ötən il respublikada sərxoş sürücülər tərəfində 78 yol-nəqliyyat hadisəsi törədilib. Nəticədə 32 nəfər ölüb, 95 nəfər yaralanıb. Ölkə ərazisində baş verən yol qəzalarında 81 nəfər uşaq ölüb, 268 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, 2013-cü ildə respublikada ərazisində 2846 yol qəzası baş verib, 1164 nəfər ölüb, 2948 nəfər xəsarət alıb.