Ötən gün baş vermiş cinayətlərin <span style="color:red;">STATİSTİKASI
03 may 2014 15:51 (UTC +04:00)

Ötən gün baş vermiş cinayətlərin STATİSTİKASI

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 83 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994
avatar

Oxşar yazılar