Ötən ay atəşkəs rejimi 575 dəfə pozulub
01 may 2015 14:13 (UTC +04:00)

Ötən ay atəşkəs rejimi 575 dəfə pozulub

Bu ilin aprel ayında Ermənistan silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 575 dəfə pozub.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri atəşkəs rejiminin pozulmasında minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə ediblər.

 

MN-in yaydığı məlumatlarda bildirilir ki, cəbhədə baş vermiş döyüş toqquşmaları nəticəsində Azərbaycanın müdafiənin ön xəttində yerləşən əsgər və zabitləri düşmənə ağır zərbələr vurublar.

 

Döyüş şəraitində düşmənin 7 hərbçisi məhv edilib, 10 hərbçisi yaralanıb.

 

Düşmənin daha iki əsgəri bədbəxt hadisə nəticəsində ölüb.

 

Ötən ay Azərbaycanın bir hərbi qulluqçusu şəhid olub.

 

Ay ərzində atəşkəsin pozulmasına görə, ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir.Ağdam rayonu istiqamətində 191 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzulirayonudur (124 fakt).

 

 

Qarabağ cəbhəsi üzrə yanvarda Tərtər rayonu istiqamətində 72 dəfə, Goranboy rayonu istiqamətində 61 dəfə, Xocavənd rayonu istiqamətində 49 dəfə, Cəbrayılrayonu istiqamətində 36 dəfə, Tovuz istiqamətində 10 dəfə, Gədəbəy rayonu istiqamətində 12 dəfə, Göygöl rayonu istiqamətində isə 2 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb.

 

Cəbhə xəttində gərginlik yaradan Ermənistan Ordusu atəşkəsi Qazax rayonu istiqamətində 11, Ağstafa rayonu istiqamətində 5 dəfə pozub.

 

Qeyd edək ki, mart ayında erməni silahlı bölmələri atəşkəs rejimini 682 dəfə pozmuşdu.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Oxşar yazılar