Ot tayasından yıxılan 73 yaşlı kişi 4 gün yaşadı
25 iyul 2014 09:55 (UTC +04:00)

Ot tayasından yıxılan 73 yaşlı kişi 4 gün yaşadı

0

Şəkidə 73 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Bideys kənd sakini, 1941-ci il təvəllüdlü Hidayət İsgəndər oğlu İsgəndərov iyulun 20-də evinin həyətyanı sahəsində yığılmış ot tayasına nərdivanla çıxarkən ehtiyatsızlıqdan yıxılıb.

 

Qapalı kəllə-beyin travması alan H. İsgəndərov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. H. İsgəndərov iyulun 24-də xəstəxanada dünyasını dəyişib.

 

Fakla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar