Oğurluğa girdikləri mağazanı yandırdılar
30 oktyabr 2014 14:13 (UTC +04:00)

Oğurluğa girdikləri mağazanı yandırdılar

Oktyabrın 15-nə keçən gecə Yevlax rayonunun Aşağı Bucaq kəndində kənd sakini Elnur Kərimova məxsus mağazada yanğın baş verib. Lent.az-ın məlumatına görə, nəticədə 12 kvm. sahədə mağazanın yanar konstruksiyaları və oradakı ərzaq məhsulları qismən yanıb. Yevlax RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı mağazadan Havarlı kənd sakinləri Elçin İsgəndərov və Asif Nəsibov tərəfindən ərzaq məhsulları oğurlanması və sonradan yandırılması müəyyən edilib və onlar tutulublar.

 

A.Nəsirovun evinə baxış zamanı 2 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366
avatar

Oxşar yazılar