GÜNÜN ŞƏRHİ
OPEK üzvlərinin yenidən bir araya gələrək hasilatı azaltmaq barədə danışıqlara başlaması xəbəri neft bazarını yenidən canlandırıb. İl ərzində neftin ən yüksək qiyməti məhz bu gün qeydə alınıb. Neftin qiymət dinamikası maraqlı bir məqamı ortaya qoyur. Son bir həftə ərzində bazara ciddi təsir edəcəyi güman olunan iki hadisə artıq baş verib. İraqın şimalında kəmərlərlə bağlı problem səbəbilə bazara çıxarılan neftin həcmi 280 min barel azalıb, üstəlik OPEK üzvləri bu dəfə hasilatı dondurmaq deyil, azaltmaq barədə müzakirələrə başlayırlar. Normal şərtlərdə bu iki hadisə neftin qiymətinin ciddi şəkildə bahalaşmasına səbəb olmalı idi, indiki situasiyada isə neft cəmi 1,3 dollar bahalaşıb. Deməli, OPEK-in qiymətlərə təsir imkanları əvvəlki kimi deyil. Daha doğrusu, OPEK yalnız qiymətləri ucuzlaşdırmaq imkanına sahibdir, bahalaşdırmaq imkanları isə artıq məhduddur. Bu həm bazarda OPEK-dən başqa oyunçuların sayının çox olması, həm də artıq sükanın başqa güclərin əlinə keçməsi ilə bağlıdır. Və neftin qiymətləri bazarda təklif-tələb balansına əsasən deyil, bu güclərin istəyinə əsasən formalaşır. Günün gerçəkliyi budur...
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 Mart
212