Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 İyul
21 iyul 2014 20:06 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 İyul

GÜNÜN ŞƏRHİ

Rusiyada "miqrant təmizliyi"ndə maraqlı olan dairələrin səhnələşdirdiyi "Orxan Zeynalov" tamaşası sona yaxınlaşır. Hadisələrin əvvəlindən də göründüyü kimi, hər şey bu siyasətə hesablanmışdı. Orxan Zeynalovun həbsini yəqin ki, xatırlayırsınız. Hər gün onlarla belə ölüm hadisəsinin baş verdiyi Rusiya kimi böyük ölkədə bu hadisə mahiyyət etibarı ilə bəlkə də 100 dəfə çox şişirdildi. Və ruslardan fərqli olaraq, ölkədə pul qazanan on minlərlə əcnəbini obrazlı desək, başından çox, cibində çatladı. Xatırlayırsınızsa, bu hadisədən az sonra Rusiya Miqrasiya Xidməti əcnəbilərin ölkədən çıxarılmasına - deportasiyasına başladı. Hətta əcnəbilərin Rusiyada qazandıqları pullardan ölkələrinə nə qədər göndərmələri barədə siyahı da açıqlandı. Baş verən bu qətldən sonra Orxan Zeynalovu qınayanlar da çox oldu. Onu minlərlə adamın çörəyinə bais olmaqda təqsirləndirdilər. Heç kəsi qınamaq olmaz, əlbəttə, hər kəs öz düşüncəsinə görə haqlıdır. Amma məsələnin başqa tərəfi var. Rusiyanın hüquq-mühafizə orqanları Orxanın bu qətli törədib-törətmədiyini hələ də sübut edə bilməyiblər. O, çıxdığı hər məhkəmə iclasında "mən öldürməmişəm, məndən bu vaxta qədər verdiyim ifadələrin hamısını təzyiq altında alıblar" - deyir.

Mən isə nə hakiməm, nə də prokuror... Və qətiyyən bir cinayətkarın, milliyyətindən asılı olmayaraq və əgər o, doğurdan da bu cinayəti törədibsə, tərəfini saxlamaq fikrində deyiləm. Sözlərimi Orxanın sözləri ilə bitirirəm "Allah hər şeyi görür..."
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607
avatar

Oxşar yazılar