GÜNÜN ŞƏRHİ
Üç ildir Türkiyə 1915-ci ildə köç zamanı dünyasını dəyişmiş ermənilərin nəvələrindən üzr istəyir. Üç ildir Türkiyə rəsmiləri “sözdə erməni soyqırımı” ifadəsini leksikonlarından çıxarıblar. Üç ildir Türkiyədə erməni lobbisinin təsiri altında olan millət vəkilləri, diplomatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri və populyar simalar Ankaranın qondarma “erməni soyqırımı”nı tanımasının, Ermənistanla sərhədlərinin açmasının vacibliyindən danışırlar. Üç ildir Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz Ermənistanla sərhədlərin açılmasının zəruri olduğunu əsaslandırmağa çalışır. Üç ildir Türkiyənin Ermənistana yönəlik xarici siyasəti “bəlkə yumşalda bildik” prinsipi ilə hərəkət edir. Və üç ildir ki, Ermənistan və xristian təəssübkeşliyi prinsipindən çıxış edən havadarları yumşalmır, əksinə Türkiyəyə qarşı hücumları genişləndirirlər. Və artıq illərdir ki, Türkiyə Ermənistana qarşı hoşgörü siyasətinin heç vaxt nəticə verməyəcəyinə inanmır... Bu mücadilədə su kimi axan zaman, itirən isə müdafiədən hücuma keçmək istəməyən Türkiyədir.