GÜNÜN ŞƏRHİ
Sovet İttifaqının süquta uğradığı ərəfədə dəmir səddi keçməyə macal tapmış ABŞ təbliğat maşınını insanların təbii hüquqlara malik olduğunu bəyan edir və bu hüquqlar uğrunda mübarizəyə səsləyirdi... Bu çağırışı hər yerdən duymaq olardı, telekanallarımıza yeni ayaq açan Hollivud filmlərindən tutmuş ölkəmizə ayaq açan amerikalı senatorların bəyanatlarına qədər hər yerdən... İnsanlar artıq təbii hüquqlarının mahiyyətini anlayır və başa düşürdü ki, hər kəs dünyaya gəldikdə cismi ilə yanaşı, ədalətli və bərabər yaşamaq hüququ da doğulur. Gözümüzü açdığına görə ABŞ təbliğat maşınına minnətdar idik və bu ölkədə yaşayanları dünyanın ən xoşbəxtləri sayırdıq. Hesab edirdik ki, əgər bir ölkə ki dünyanın hər yerinə demokratiya ixrac edir, demək ki, o ölkədə demokratiya, insan haqları bolluğu var. Bu proses ta ki internet evimizə daxil olana kimi davam etdi və gördük ki, deyəsən yanılmışıq. ABŞ-ın ixrac etdiyi demokratiya bizim dövlət və hüquq nəzəriyyəsi kitablarından oxuduğumuz demokratiyadan deyil. Bu demokratiya dövlətləri, cəmiyyətləri təsir altında saxlamaq üçün düşünülmüş amerikansayağı demokratiyadır. Baltimor və Filadelfiyada aksiya iştirakçılarının “ədalətli və bərabər yaşamaq hüququ istəyirik” deyə bağırması göstərir ki, heç Amerikanın ölkənin özündə də demokratiya bolluğu deyil. ABŞ-ın başqa dövlətlərə demokratiya, insan haqları dərsi keçməsinə gəldikdə, umac-əriştə, çöp-tir söhbətləri yada düşür.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 May
84