Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib
26 iyul 2014 01:44 (UTC +04:00)

Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib

0
Nərimanov rayonunda çoxrmərtəbəli binanın 14-cü mərtəbəsində baş verən yanğının qarşısı alınıb.

 

APA-nın məlumatıan görə, hadisə Aşıq Molla Cümə 41 ünvanında yerləşən binada qeydə alınıb.

 

14-cü mərtəbədə mənzillərin birində yüksələn tüstü-dumanı görən qonşular  Fövqəladə Hallar Nazirliyini “112” qaynar xəttinə məlumat verib. Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.  Mənzil yanğından mühafizə olunub.

 

Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, yanğın üst mərtəbədəki qonşunun siqareti çəkib qonşusunun pəncərəsinə atması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 954

Oxşar yazılar