Nərimanov Məhkəməsinin yeni binasının təməli qoyuldu
01 may 2015 17:47 (UTC +04:00)

Nərimanov Məhkəməsinin yeni binasının təməli qoyuldu

0

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilib.

 

Lent.az-ın məlumatına görə, mərasimdə ədliyyə naziri, məhkəmə-hüquq şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dünya Bankının ölkə üzrə meneceri Larisa Leşçenko, habelə hakimlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

 

İnşa olunacaq yeni məhkəmə binasının ümumi sahəsi 5.000 m2-dən çoxdur. 6 mərtəbədən və zirzəmi qatından ibarət olacaq bina ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 189

Oxşar yazılar