Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu Rusiyanın Tomsk şəhərində, müalicə aldığı xəstəxanada vəfat edib. Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
N. Yaqublu ötən il ailə qurub və Tomskda yaşayırdı. O, hamilə idi və xeyli müddətdir hepatit xəstəliyindən əziyyət çəkirdi. Bir neçə gün əvvəl isə komaya düşmüşdü.
Allah rəhmət eləsin!