Azərbaycanda bir neçə nazirlik və icra hakimiyyəti məhkəməyə verilib. Lent.az-ın məlumatına görə, bu barədə Bakı Apelyasiya Məhkəməsinin rəsmi saytında xəbər yerləşdirilib. Məlumatda qeyd olunur ki, vətəndaş Lyudmila Aydınova tərəfindən Nəsimi Rayon İcra Hakimiyyəti, Nazirlər Kabineti və Maliyyə Nazirliyi məhkəməyə verilib. İddiaçı maddi və mənəvi zərərin ödənilməsi tələb edir.
Səbail Rayon İcra Hakimiyyəti də məhkəməyə verilən qurumlar sırasındadır. İH
Məmmədağa Səmədov adlı vətəndaş tərəfindən (Hərəkətlərin qanunsuz hesab edilməsi və sair tələbi ilə) məhkəməyə verilib.
Vətəndaşlar həmçinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən də şikayətçidirlər. Həmin idarə mənzilin qeyri-yaşayış sahəsi kimi onun adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddialarla məhkəmə qarşısında cavab verəcək.