Nazirlik məktəblinin qətli ilə bağlı məlumat yaydı
18 aprel 2016 12:12 (UTC +04:00)

Nazirlik məktəblinin qətli ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Tovuz rayonunun Qalaboyun kəndində baş vermiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 13-də Tovuz rayonunun Qalaboyun kəndindən kənd sakini Məqsəd Əmiraslanov baş nahiyəsindən güllə yarası (ov tüfəngindən açılmış güllə yarası üçün xarakterik olan) ilə xəstəxanaya aparılarkən yolda ölüb. Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini Natiq Ələkbərov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-34” markalı tüfəng götürülüb.

 

Qeyd edək ki, başından güllələnərək qətlə yetirilən M.Əmiraslanovun 17 yaşlı olub və orta məktəbdə təhsil alırmış. 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar