Daxili İşlər Nazirliyi Bakıda azyaşlının ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 26-da saat 12 radələrində Binəqədi qəsəbəsi ərazisində Şərur rayon sakini İlkin Əhmədov idarə etdiyi “Hovo” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 4 yaşlı Pərviz Cavadovu vurub və nəticədə uşaq hadisə yerində ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.