Nazir iki hakimi cəzalandırdı
28 oktyabr 2014 12:27 (UTC +04:00)

Nazir iki hakimi cəzalandırdı

0

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda insan haqlarının məhkəmə müdafiəsinin daha da təkmilləşdirilməsi, bu sahədə hakimlərin peşəkarlığının artırılması və mövcud problemlərin aradan qaldırılması üzrə qarşıda duran məsələlər diqqətə çatdırılıb.

 

Tədbirdə həmçinin hakimlər barədə başlanılmış intizam icraatlarına baxılıb, məhkəmə aktlarının vaxtında tərtib edilməməsinə, icra intizamının digər kobud pozulması hallarına və süründürməçiliyə yol verməklə, tərəflərin hüquq və mənafelərini təmin etmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyevə töhmət verilib, ağır yol-nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən məhkəmə təcrübəsinə və cəza siyasətində ardıcıllığa əməl etmədiyinə və qanunvericiliyin tələblərini pozduğuna görə Siyəzən Rayon Məhkəməsinin hakimi İlqar Quliyevə irad tutulub.

 

Eyni zamanda iclasda tərəfləri məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırmadığına, məhkəmə qərarlarını tərəflərə vaxtında göndərmədiyinə və digər pozuntulara yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanıb, bəzi kadr məsələlərinə baxılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1612

Oxşar yazılar