Sabunçu rayonu Nardaran qəsəbəsinin iki sakini saxladıqları silah-sursatı könüllü olaraq polisə təhvil veriblər. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə sakinləri Nəsimi Aslanov “AKM” markalı silahı, patron darağını və 10 ədəd patronu, əvvəllər məhkum olunmuş Zakir Qasımov isə müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.
Araşdırma aparılır.