Naməlum şəxslər gənci döyərək ağır xəsarət yetirdilər
Abşeronda xuliqanlıq zəmnində 1 nəfər döyülərək ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Hökməli qəsəbəsində baş verib.
Yanacaq doldurma məntəqəsinin yaxınlığında 1990-cı il təvəllüdlü Hüseynov Nicat Nüsrət oğlu 2 nəfər tərəfindən döyülüb.
Əvvəlcə 1 nəfər N.Hüseynovla mübahisə edərək pulunu almağa çalışıb. Digər şəxs arxadan ona yaxınlaşaraq şüşə butulka ilə başına zərbə endirib.
Naməlum şəxslər daha sonra həmin şəxslər N.Hüseynovun pulunu götürərək ərazidən yayınıblar.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona başın təpə nahiyəsinin kəsilmiş yarası, qapalı kəllə-beyin travması, müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
677