Naftalanda 14 otaqlı binada yanğın olub
25 oktyabr 2014 01:21 (UTC +04:00)

Naftalanda 14 otaqlı binada yanğın olub

0

Naftalan şəhərində yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın ötən gün axşam saatlarında inzibati binada ümumi sahəsi 312 kv.m olan birmərtəbəli 14 otaqdan ibarət inzibati binada baş verib. Nəticədə binanın mətbəxinin və sanitar qovşağnın lambirdən ibarət tavanı 20 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 611

Oxşar yazılar