Müxalifət Bakıda mitinq keçirib
09 noyabr 2014 17:10 (UTC +04:00)

Müxalifət Bakıda mitinq keçirib

Bakı şəhər Baş Polis İdarəsi bu gün paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, noyabrın 9-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilibSaat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, həmçinin Müsavat, Xalq partiyalarının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət gənclər təşkilatlarının ümumi sayı 700  (yeddi yüz) nəfərədək olan üzvü təəssübkeşi iştirak edib.

İctimai asayişin hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2556

Oxşar yazılar