Müsavat partiyasının üzvü kanalda batıb
05 iyun 2015 06:58 (UTC +04:00)

Müsavat partiyasının üzvü kanalda batıb

0

Ötən gün Kürdəmir sakini kanalda batıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qaynar telefon xəttinə  Şor kanalının  Kürdəmir rayonu, Şilyan kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 100 km aralı, nəzarətsiz ərazidə) 1985-ci il təvəllüdlü,  Novruzov Oruc Bağır oğlunun suda batması haqqında məlumat daxil olub. O.Novruzovun cəsədi  batdığı yerdən 250 metr aralıda, “Aran” dalğıc axtarış qrupunun xilasedicilər tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  

 

Musavat.com-un məlumatına görə, Novruzov Oruc Bağır oğlu Müsavat partiyasının üzvü olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar